12px13px15px17px
Tarix:15/11/16

Yaxın günlərdə “WhatsApp” messencerində videozəng funksiyası istifadəyə veriləcək

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri internet üzərindən üzbəüz ünsiyyət sahəsində “Microsoft”un “Skype” və “Apple”ın “FaceTime” xidmətləri ilə rəqabət aparmaq niyyətindədir. Xidmətin nümayəndələri bildiriblər ki, yaxın günlərdə bütün əsas mobil platformalarda (“Android”, “iOS” və “Windows Mobile”) videozəng funksiyası əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, beləliklə, 1 milyarddan çox istifadəçi video ünsiyyət saxlamaq imkanı əldə edəcək. Bundan əvvəl, “WhatsApp” messencerində yalnız mətn və multimedia ilə mübadilə və səsli zənglər əlçatan idi. Videozəngə başlamaq üçün lazımi istifadəçini seçərək telefon dəstəyi şəklində nişanın üzərinə sıxmaq və açılmış menyudan videozəngi seçmək lazımdır.

“WhatsApp” şirkətindən bildirilib ki, yeni funksiya ucuz smartfonlarda, həmçinin mobil rabitənin keyfiyyəti aşağı olduqda işləyir.

Videozəng funksiyası “Skype” (“Microsoft”), “FaceTime” (“Apple”), “Viber”, “Google Hangouts”, “LINE”, “Google Duo” və başqa xidmətlərdə artıq əlçatandır. Ancaq “WhatsApp” yuxarıda sadalanan  xidmətlərdən fərqli olaraq üç mobil platformada əlçatan olmaqla yanaşı, həmçinin “iOS” və “Android” sistemlərinin köhnə versiyalarında işləyir.

Emil Hüseynov




Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 İyun 2021

22/06/21
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək

Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 illiyi tamam olur.

22/06/21
Yeni qatlanan “Samsung” smartfonlarının buraxılış tarixi açıqlanıb

“Samsung” şirkəti avqustda rəsmən təqdim ediləcək elastik ekranlı smartfonların növbəti nəslinin istehsal

22/06/21
“OnePlus” və “Oppo” şirkətləri birləşib

“OnePlus” smartfon istehsalçısı Çinin digər böyük brendi – “Oppo” ilə birləşib. “One

22/06/21
Dünyada pandemiya şəraitində “DDoS” hücumlarının sayı artıb

2020-ci ildə dünyada “DDoS” hücumlarının sayı 2019-cu illə müqayisədə 341 faiz artıb. Bu barədə belə kibe

22/06/21
“Amazon”, “Apple” və “Google” ən bahalı brendlər onluğuna başçılıq edir

“Kantar” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin növbəti reytinqini dərc edib. Siyahıda birinc

21 06 2021

21/06/21
“Samsung” şirkəti böyük tutumlu akkumulyatora malik ucuz smartfonunu təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “AMOLED” displeyə və böyük tutumlu batareyaya malik ucuz “M32”

21/06/21
“Windows 7” əməliyyat sisteminə drayver göndərilməsi dayandırılıb

Köhnəlmiş “Windows 7” əməliyyat sisteminə artıq “Microsoft”dan drayver göndərilməyəcək. Bu barədə şirkəti

21/06/21
Yeni “Windows 11” versiyası açıqlanıb

“Microsoft” korporasiyaı “Windows 11” əməliyyat sistemindən başqa onun sadələşdirilmiş versiyasını təqdim

21/06/21
“Google” servisli ilk “Honor” smartfonları təqdim edilib

“Google” servislərinin “Honor” smartfonlarına quraşdırılması rəsmən bərpa olunub. Bu barədə 

21/06/21
Rusiyada hərbçilər üçün smartfonlar yaradılacaq

Rusiya Müdafiə Nazirliyi hərbi qulluqçular və onların ailə üzvləri üçün yerli istehsal olan smartfonlar v

21/06/21
“Samsung” şirkəti “Mutual Transfer Alliance” qrupuna üzv olub

Cənubi Koreya nəhəngi “Samsung” mobil qurğular – smartfon, planşet və s. arasında yeni simsiz lokal məlum