12px13px15px17px
Tarix:15/11/16

“HP” olduqca güclü mini-kompüter təqdim edib

“HP” şirkəti “Autodesk University” konfransında “Z2 Mini” adlı kiçikölçülü işçi stansiyasını təqdim edib. İstehsalçının iddiasına görə, yeni qurğu hazırda bazarda mövcud istənilən kommersiya mini-kompüterdən iki dəfə daha güclüdür və 6 ekranla iş rejimini dəstəkləyir. Yeni qurğu layihəçilər, “3D” modelləşdirmə sahəsində peşəkarlar, “DesignCAD 3D Max”, “ArchiCAD” istifadəçiləri üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, səkkizbucaqlı qurğunun korpusunun hündürlüyü 5.8 sm-dir. Xüsusi layihələndirilmiş ventilyator və soyuma sistemi sayəsində aparat səssiz işləyir.

Yeni model “Intel Xeon E5” prosessoru, “Nvidia” qrafik kartı və “HP Z Turbo Drive SSD” daşıyıcısı ilə təchiz edilib.

Emil Hüseynov




Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024