12px13px15px17px
Tarix:16/11/16

Azərbaycan nümayəndə heyəti III Ümumdünya İnternet Konfransında təmsil olunur

Bu gün Çinin Ujen vilayətində III Ümumdünya İnternet Konfransı öz işinə başlayıb. "Kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması - İnnovasiya-hərəkətverici internetin inkişafı hamıya faydalıdır" devizi altında keçirilən tədbirdə dünyanın 110 ölkəsindən, o cümlədən 16 beynəlxalq təşkilat, 1200-dən çox hökumət, özəl və akademik təsisat, qeyri-hökumət və ictimai təşkilat nümayəndələri iştirak edir. Noyabrın 18-nə qədər davam edəcək konfransda Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
 
 
Tədbirin açılış sessiyasında Çin Xalq Respublikasının sədri Si Cinpinin video-müraciəti səsləndirilib. Builki toplantıda 20 aktual mövzu üzrə 16 forumun keçirilməsi nəzərdə tutulub. Konfransda internetin bugünkü çağırışları və gələcək inkişafı, o cümlədən internet iqtisadiyyatı, innovasiyalar, internet mədəniyyəti, kiberməkanın idarə olunması və təhlükəsizliyi, internetdə qlobal əməkdaşlığa həsr olunmuş mövzular ətrafında müzakirələr aparılacaq. Həmçinin, təşkil olunan sərgi və təqdimatlarda yeni məhsullar və innovativ həllər nümayış olunacaq. 








Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024