12px13px15px17px
Tarix:23/11/16

“Selfie” çəkilişində ölüm hallarının qarşısını alacaq proqram yaradılıb

Pitsburq Karnegi-Mellon Universitetinin elmi əməkdaşları bilavasitə “selfie” çəkilişi zamanı ölüm hallarının qarşısını almağa imkan verəcək yeni əlavənin sınaqlarını keçirirlər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, kameranın əks tərəfinin tətbiqi zamanı proqram həyat üçün hava şəraiti, sürətlə gedən nəqliyyat, uçurum və s. kimi riskli faktorları müəyyənləşdiriləcək. Ətraf mühiti öyrənən əlavə “selfie” çəkən şəxsi gözlənilən təhlükə ilə bağlı xəbərdarlıq edəcək.
 
Məlumata görə, inişildən dünyada bilavasitə “selfie” çəkilişi zamanı 124 ölüm halı qeydə alınıb. Belə bədbəxt hadisələrin baş verdiyi ölkələr siyahısında Hindistan liderlik edir. Məlum olub ki, bu dövlətin ərazisində 76 oxşar ölüm hadisəsi olub. Həmçinin “selfie” zamanı Pakistanda 9, ABŞ-da 8, Rusiyada 6 ölüm halı qeydə alınıb. Alimlər qeyd edirlər ki, “selfie” həvəskarlarının həlak olmalarının başlıca səbəbi yüksəklikdən yıxılmadır. Çünki əksər insanlar qayalarda, müxtəlif çoxmərtəbəli binaların damlarında şəkil çəkdirməyi xoşlayır. Rusiya və ABŞ-da isə ölüm hallarının çoxu kamera qarşısında müxtəlif silahlarla səhlənkar davranma nəticəsində baş verib.
 
Nizam Nuriyev 




Baxış sayı: 231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir