12px13px15px17px
Tarix:03/12/16

“YouTube” xidməti “4K” təsvir ölçüsündə onlayn yayımı dəstəkləyəcək

Hələ 2010-cu ildə "YouTube" videohostinqində "4K" formatında videonun dəstəyi əlçatan olub və həmin vaxtdan istifadəçilər tərəfindən yüksək təsvir ölçülü milyonlarla çarx yüklənilib. İndi isə "YouTube" "4K" formatında onlayn yayım dəstəyini reallaşdıracaq. Qeyd edək ki, bu funksiya həm adi, həm də 360 dərəcə formatlı videolar üçün əlçatandır. Bu, xüsusilə virtual reallıqla qarşılıqlı əlaqədə faydalı olacaq, belə ki, videonun keyfiyyət və təsvir ölçüsü virtual reallığa yüklənməni daha da reallaşdırır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, bundan başqa, "YouTube" indi, həmçinin saniyədə 60 kadr tezlikli yayımı dəstəkləyir. Əlbəttə ki, yüksək təsvir ölçülü onlayn yayımı izləmək üçün müvafiq "4K" monitor və ya televizor tələb olunur.
 
Emil Hüseynov




Baxış sayı: 1299

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024