12px13px15px17px
Tarix:09/12/16

2017-ci il üzrə informasiya təhlükəsizliyi bazarına dair proqnoz tərtib edilib

“Trend Micro” antivirus istehsalçısı 2017-ci il üzrə informasiya təhlükəsizliyi bazarındakı vəziyyətə dair proqnoz verib. Şirkətin nümayəndələri hesab edirlər ki, kiberhücumların gücü və mürəkkəbliyi artacaq, bu halda cinayətkarlar texnoloji landşaftın dəyişilməsi şəraitində maksimum fayda əldə etmək üçün müxtəlif metodlardan istifadə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “www.dailycomm.ru” saytına istinadən yazır ki, “Trend Micro” şirkətinin proqnozuna görə, gələn ildə yeni fırıldaqçı proqram növlərinin sayı 25% artacaq ki, bu da əvvəlki artım tempindən azdır. Ancaq bu təhdidlər müxtəlif qurğular, həmçinin PoS-terminallar, bankomatlar və “əşyalar interneti” həlləri üçün təhlükəlidir. Ekspertlərin fikrincə, istehsalçılar “əşyalar interneti” qurğularının vaxtında “DDoS” hücum və başqa hücum növlərindən müdafiəsini təmin edə bilməyəcək.

“Trend Micro” şirkətinin məlumatına görə, korporativ poçtdan istifadəyə əsaslanan fırıldaqçılıq metodları əvvəlki kimi pul və məlumatların oğurlanmasında səmərəli üsuldur.

İctimai rəyə təsir göstərilməsi məqsədi ilə kibertəbliğatın rolu güclənəcək, çünki insanların çox hissəsi internetə çıxışa malikdir.

Emil Hüseynov




Baxış sayı: 1081

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024