12px13px15px17px
Tarix:13/01/17

Avropada insanlar və robotlar arasında münasibətlər tənzimlənəcək

Avropa Parlamentinin hüquqi məsələlər üzrə komitəsi robotların insanlarla qarşılıqlı münasibətlər sahəsinin tənzimlənməsi üçün etik davranış məcəlləsinin yaradılması təşəbbüsünü bəyənib.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, təklifin baxılmasına Avropa Parlamentinin lüksemburqlu üzvü Madi Delvonun məruzəsi səbəb olub. Onun fikrincə, robot texnikasının inkişafı, onun həyatın müxtəlif sahələrinə nüfuz etməsi insanın təhlükəsizliyinin təmini üçün hüquqi bazanın formalaşdırılmasını tələb edir. Bundan başqa, qayda sahənin iqtisadi potensialından tam istifadəyə imkan verəcək.  

Belə ki, vəzifəli, hüquqi və fiziki şəxslərin robotlar tərəfindən vurulan sosioloji, ekoloji və sağlamlıq ziyanı üçün məsuliyyətini nəzərdə tutan könüllü etik davranış məcəlləsinin yaradılması təklif olunur. Sənəddə yer alacaq müddəalardan biri istehsalçılara qurğu konstruksiyasında fövqəladə hallarda tam söndürülmə üçün düymənin quraşdırılması ilə bağlı tövsiyə olacaq.

Məlumata görə, məcəllənin icrasına yeni yaradılacaq struktur - Avropa Robot Texnikası və Süni İntellekt Agentliyi nəzarət edəcək. Qurum sahənin texniki, normativ-hüquqi və etik ekspertizası ilə məşğul olacaq. Uzunmüddətli perspektivdə təşəbbüs "elektron şəxslər"in qeydiyyatını nəzərdə tutur. Bunun daha mürəkkəb avtonom robotların hüquqi statusunu müəyyənləşdirməyə kömək edəcəyi bildirilir.

Səsvermənin nəticəsinə görə, məruzə 17 səs qazanıb, iki deputat əleyhinə səs verib, iki nəfər bitərəf qalıb. Avropa Parlamenti təşəbbüslə bağlı son qərarı tam tərkibdə fevralda keçirilməsi planlaşdırılan iclasda verəcək. Təsdiq ediləcəyi təqdirdə qanunvericilik statusu alacaq sənəd ilk növbədə qəzaların tez-tez baş verdiyi sürücüsüz nəqliyyat sahəsinə şamil ediləcək.

Nizam Nuriyev 




Baxış sayı: 233

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020