12px13px15px17px
Tarix:21/01/17

“Fujitsu” dünyada ən yüngül 13.3 düymlük noutbuk təqdim edib

Yaponiyanın “Fujitsu” şirkəti çəkisi 777 qram olan “Lifebook UH75/B1” yığcam noutbukunu təqdim edib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yüngül 13.3 düymlük leptopdur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni noutbuk 1920x1080 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli “Intel Core i5-7200U” prosessoru və “Intel HD Graphics 60” daxili qrafik sürətləndiricisi ilə təchiz edilib.

İstehsalçının saytında yerləşdirilmiş informasiyaya əsasən, qurğu 4 QB əməli yaddaş, 256 QB sərtgövdəli daşıyıcı, “Wi-Fi 802.11ac” və “Bluetooth 4.1” simsiz rabitə modulları, “Gigabit Ethernet” şəbəkə interfeysi, 1 meqapiksel matrisli veb kamera və “HDMI” portla təchiz edilə bilər. Qurğu “Windows 10 Home” əməliyyat sistemi ilə işləyir. Səsli daxiletmə və barmaq izinin tanınması funksiyaları nəzərdə tutulub.

Versiyadan asılı olaraq noutbuk 50 və ya 25 vatt/saat tutumunda olan litium-ion akkumulyatorlarla təchiz edilə bilər ki, bu da müvafiq olaraq 17 və 8.3 saat avtonom iş deməkdir. Aparatın qalınlığı 15.5 mm təşkil edir.

Fujitsu 2017-ci ilin fevralında “Lifebook UH75/B1” noutbukunun satışına başlayacaq. Yapon bazarında noutbukun dəyəri 1672 dollardan başlanacaq.

Emil Hüseynov




Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024