12px13px15px17px
Tarix:01/02/17

Alimlər istilik enerjisi ilə işləyən ilk tranzistor yaradıblar

İsveçli fiziklər tərəfindən yaradılmış tranzistorda informasiya daşıyıcısı funksiyasını elektrik siqnalı deyil, istilik axınları yerinə yetirir.

"Bizim kəşf etdiyimiz tranzistorda elektrik deyil, istilik əsas rol oynayır. Biz temperatur fərqini elektrik cərəyanına çevirə bilən kondensator yaratmaqla ondan başqa məqsədlər naminə istifadə etmək haqda düşündük" – İsveçin Linçopinq Universitetinin alimi Ksavye Krispin deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Krispin bildirib ki, ötən il onun komandası son dərəcə maraqlı termoelektrik xüsusiyyətlərinə malik qeyri-adi üzvi polimer kəşf edib. Onun enerji ilə mənfi doldurulmuş zəncirləri temperatur dəyişikliyinə çox zəif reaksiya verir, bunun sayəsində şaxta və qızmaya güclü reaksiya verən enerji ilə doldurulmuş müsbət ionlarla qarışığı isə termokondensatora çevrilir.

Krispin və onun həmkarları bu maddələr kombinasiyasını kəşf etməklə informasiya daşıyıcısı qismində istilikdən istifadə edən daha mürəkkəb qurğuların yaradılmasında tətbiqi məsələsini öyrəniblər. Hibrid elektron-istilik tranzistorunun yaradılması bu səylərin nəticəsi olub.

Krispin sözlərinə görə, onun komandası tərəfindən hazırlanmış polimer istiliyə qarşı çox yüksək həssaslığa malikdir ki, bu da istiliyə əsaslanan tranzistorların tibbi cihazlar, infraqırmızı kameralar üçün "ağıllı piksellər" qismində tətbiqinə imkan verir.

Emil Hüseynov




Baxış sayı: 156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

16 02 2020