12px13px15px17px
Tarix:10/02/17

Kosmosda robot texnikasının yeni idarəetmə texnologiyası yaradılıb

Rusiyanın Uzaq Şərq Federal Universitetində kosmosda mobil robot texnikasının mini-proqramlar vasitəsilə yeni idarəetmə texnologiyası yaradılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, universitetdə uzaq məsafələr üçün mobil robot texnikasının idarəetmə texnologiyasının sınaqları keçirilib. Alimlər robotların avtomatik rejimdə intellektual sistemlərdən istifadə olunmaqla yerinə yetirilən mini-proqramların köməyi ilə idarə edilməsi təklifini irəli sürüblər. Texnologiya uzaq məsafələrə siqnalların ötürülməsi zamanı yubanma probleminin həllinə, eləcə də robot texnikasının, məsələn, kosmik məkanda daha stabil işinin təmininə kömək edəcək.

Layihə müəlliflərinin fikrincə, belə yanaşma ən uzaq planetlər, məsələn, Mars üçün robotların yaradılmasına imkan verəcək. Hazırda bütün dünyada bunun üzərində iş aparılır.

Məlumata görə, tədqiqat çərçivəsində, həmçinin robotlar qrupunun intellektual idarəetmə texnologiyası sınaqdan keçirilib. Moskva və Vladivostokda robot lider və idarə edilən robotlara ayrılan analoji qruplar təşkil olunub. Onların idarəetməsi növbə ilə ölkənin müxtəlif guşələrindən aparılıb: liderlərə konkret missiyanın yerinə yetirilməsi üçün mini-proqramlar göndərilib və onlar idarə edilən robotlar üçün tapşırıqları formalaşdıraraq onu yerinə yetiriblər.

Həmçinin süni intellektə malik lider robotlar qrupunu müşahidə edərək problemləri yaranan robotların tapşırıqlarına düzəlişlər edib.

Tapşırıq başa çatdıqdan sonra lider robot informasiyanı idarəetməni həyata keçirən operatora ötürüb. Öz növbəsində operator tapşırığın yerinə yetirilmə dərəcəsindən asılı olaraq ona yeni proqram göndərib.

Nizam Nuriyev 




Baxış sayı: 321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Fevral 2020

29/02/20
“Google” yeni ofis və data mərkəzlərinin inşasına 10 milyard dollar xərcləyəcək

“Google” şirkəti 2020-ci ildə ABŞ-da yeni ofis və data mərkəzlərinin tikintisinə 10 milyard dollar sərf e

29/02/20
“Samsung” yeni nəsil enerjiyə qənaətcil “OLED” ekranlar təqdim edib

“Samsung” şirkəti az enerji sərfiyyatı ilə seçilən yeni nəsil “OLED” displeylərin buraxılışına başlayıb.

29/02/20
Altı nanometrlik ilk “5G” prosessor təqdim edilib

Çinin “UNISOC” prosessor istehsalçısı “Tiger T7520” smartfonları üçün 6 nanometrlik texno

28 02 2020

28/02/20
“Android”in yeniləməsi “Xiaomi” smartfonlarında nasazlıq yaradıb

“Xiaomi Mi8” smartfonunun istifadəçiləri “Android”in yenilənməsindən sonra işçi masasının yoxa çıxm

28/02/20
“Facebook” koronavirusa görə tərtibatçılar üçün konfransı ləğv edib

“Facebook”un tərtibatçılar üçün illik konfransı koronavirusun yayılması təhlükəsinə görə ləğv edil

28/02/20
“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub

“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-

28/02/20
“Wi-Fi” boşluğu milyardlarla qurğunu təhlükə altında qoyub

“Cypress” və “Broadcom” şirkətlərinin istehsal etdiyi “Wi-Fi” çiplərində milyardlarla qurğunu dinləmə

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza