12px13px15px17px
Tarix:20/02/17

“Aztelekom” MMC təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb

"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif yaş qruplarına aid istifadəçilər üçün yeni, təhlükəsiz internet xidmətinin test rejimində tətbiqinə başlayıb.
 
Geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini arzuolunmaz məzmunlardan, viruslu, həmçinin zorakılığı təbliğ edən zərərli kontentlərdən, bir sözlə, internet təhlükələrindən qoruyur.
 
"Aztelekom.net" internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət istifadəçiyə arzuolunmaz saytlardan müxtəlif müdafiə mexanizmləri təklif edir.

İstifadəçi "ağ siyahı" yaradaraq arzu olunan internet resurslarının siyahısını tərtib edə, eyni zamanda, təhlükəli hesab edilən resursları "qara siyahı"ya daxil edərək, onlardan istifadəni məhdudlaşdıra bilər.

Eyni zamanda, istifadəçinin istədiyi vaxt filtiri deaktiv edərək, arzu etdiyi web resurslara daxil olmaq, daha sonra isə onu aktiv edə bilmə imkanı mövcuddur.
 
Hazırda 9 rayon (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul TKQ-lər) ərazisində istifadəçilər xidmətdən test rejimində yararlanırlar. Yaxın zamanlarda təhlükəsiz internet xidməti Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün rayon və şəhərlərdə də tətbiq ediləcək.
 
Məlumat üçün bildirək ki, bir qədər əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən "Bakinternet" istifadəçiləri üçün də təhlükəsiz internet xidməti istifadəyə verilmişdi. 




Baxış sayı: 216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2017

22 05 2017

22/05/17
“Microsoft Surface Pro” planşeti haqqında yeni məlumatlar açıqlanıb

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək “Microsoft Surface Pro” planşet kompüteri 

22/05/17
“Android” əlavələrinin həcmi azaldılacaq

Smartfon və planşetlərdə çox vaxt yaddaşın əsas hissəsini mobil əlavələr tutur. Bu, aztutumlu quraşdırılmış 

22/05/17
“Panasonic” şirkəti “Toughbook 33” adlı möhkəm hibrid planşet təqdim edib

“Panasonic” şirkəti “Windows 10” əməliyyat sistemi ilə işləyən “Toughbook 33” adlı möhkəm hibrid planşetinin

22/05/17
“Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti taksidən baha olmayacaq

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin 

22/05/17
Dubayda robot polis fəaliyyətə başlayacaq

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian