12px13px15px17px
Tarix:01/03/17

Martın 1-nə keçən gecə internetdə son illərin ən böyük nasazlığı baş verib

“Amazon Web Services S3 AWS” “bulud” məlumat saxlama sisteminin fəaliyyətində martın 1-nə keçən gecə baş vermiş nasazlıq bütün dünyada çoxlu sayt və internet əlavələrinin işində fasilələrin yaranmasına səbəb olub.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, zərərçəkənlər arasında bir neçə “Apple” (App Store, Apple Music, FaceTime, iCloud, iTunes, Photo) və “Adobe” servisi, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytları, tərtibatçılar uçun “GitHub” platforması, bir sıra xəbər resursları, “Kickstarter” vəsait toplanışı platforması, “Mailchimp” poçt xidməti, “Signal” proqramı və s. yer alıb.

“Amazon” şirkətinin “Twitter” səhifəsində verilən məlumata görə, çoxlu sayt və əlavələrin istifadə etdiyi informasiyanın saxlanıldığı “S3 AWS” şəbəkə saxlancının işində baş verən nasazlıq nəticəsində saytlara 3,5 saatdan çox vaxt ərzində daxil olmaq mümkün olmayıb.

“Amazon” şirkətinin Virciniyada yerləşən məlumat emalı mərkəzində baş verən nasazlıq 4 saatdan sonra aradan qaldırılıb. Şirkət servisin fəaliyyətinin pozulmasının səbəbini açıqlamır. Hazırda “Amazon Web Services” adi rejimdə fəaliyyət göstərir.

Nizam Nuriyev 




Baxış sayı: 224

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Avqust 2017

16 08 2017

16/08/17
“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram təminatı hazırlanıb

Rusiyanın “Voximplant” şirkəti tərəfindən hazırlanmış proqram məhsulu müxtəlif messencerlərdə yazışmanı 

16/08/17
“Samsung” daxili alkotesterə malik ilk smartfon hazırlayır

Cənubi Koreyanın “Samsung” şirkəti dünyada daxili alkotesterə malik ilk smartfon təqdim edəcək.

16/08/17
2020-ci ildə bulud bazarının həcmi 200 milyard dolları ötəcək

“Synergy Research Group” analitik şirkətinin proqnozuna görə, qlobal bulud bazarının həcmi il ərzində 

16/08/17
“Facebook” mobil proqramın dizaynını yeniləyib

“Facebook” şirkəti tərəfindən mobil proqramın dizaynına edilmiş kiçik dəyişikliklər xəbər lenti üzrə 

16/08/17
“Instagram” sosial şəbəkəsində şərhlərin göstərilməsi yenilənib

“Instagram” sosial şəbəkəsinin “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilə

16/08/17
Yüngül çəkili odadavamlı material yaradılıb

Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış  yeni odadavamlı materialın 

16/08/17
“Google Allo” messenceri artıq brauzerdə əlçatandır

“Google” şirkəti “Google Allo” messencerini veb brauzer üzərindən əlçatan edib. Bu haqda “Google Allo”