12px13px15px17px
Tarix:02/03/17

2017-ci ildə “əşyalar interneti” qurğularının sayı planet əhalisinin sayını ötəcək

2017-ci ilin sonuna dünyada internetə çıxışa malik təxminən 8.4 milyard “əşyalar interneti” qurğusu mövcud olacaq. “Gartner” şirkətinin yeni araşdırmasına əsasən, bu, bir il ərzində 31% artım deməkdir. 8,4 milyard qurğudan təxminən 63%-i istehlakçılar tərəfindən istifadə olunacaq, yerdə qalan 37%-i isə biznes mühitində qurulacaq və tətbiq ediləcək.

Tədqiqatçılar ümid edirlər ki, 2020-ci ilədək olan dövrdə internetə çıxışa malik qurğuların sayı ildə orta hesabla 35% artacaq. Beləliklə, 2020-ci ilədək belə qurğuların sayı 20,4 milyardı ötəcək. 2017-ci ildə “əşyalar interneti” qurğuları və onlarla bağlı xidmətlərin satın alınmasına çəkilmiş xərclərin həcmi 2 trilyon dollara yaxınlaşacaq. Çin, Şimali Amerika və Qərbi Avropa bu bazarın əsas inkişaf regionları olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “data.cnews.ru” saytına istinadən yazır ki, "istehlak qurğuları ən populyar olaraq qalır. Cari ildə istehlak qurğularının sayı 5,2 milyard təşkil edəcək. İstehlakçılar üçün avtomobillər, "ağıllı" televizorlar, rəqəmli TV konsollar “əşyalar interneti” qurğularının əsas tipi olaraq qalır. Eyni zamanda biznes seqmentində "ağıllı" elektron çəki və videomüşahidə kameraları daha böyük populyarlığa malikdir" – hesabatda yazılıb.

Gözləntilərə görə, 2018-ci ilədək internet çıxışına malik “əşyalar interneti”  qurğularının ümumi sayı 11,19 milyarda yaxınlaşacaq. Dünyada bir sıra biznes həllərin (fiziki təhlükəsizlik sistemləri və girişə nəzarət, istilik, ventilyasiya və kondisiyalaşdırma sistemləri) tətbiqinin artması sayəsində 2018-ci ildə bu qurğuların populyarlığının artımı qeydə alınmalıdır.

Analitiklərin proqnozuna görə, 2020-ci ildə “əşyalar interneti” sahəsində istehlak qurğuları əvvəlki kimi liderlik edəcək. 2020-ci ilə belə qurğuların sayı 12,86 milyard təşkil etməlidir, halbuki biznesin müxtəlif sahələrində tətbiq edilən qurğuların sayı 2017-ci ildə 1,64-dən 2020-ci ildə 3,17 milyardadək artacaq.

Emil Hüseynov




Baxış sayı: 211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Mart 2017

27/03/17
Smartfonlarda mətnin tez yığılması üçün yeni üsul kəşf edilib

Şotlandiya mütəxəssisləri elektron qurğularda mətnin tez daxil edilməsi üçün “SWiM” adlı unikal texnologiya 

27/03/17
Smartfon ekranının kənar gözlərdən qorunması üçün mobil proqram təqdim edilib

Kanadanın “BlackBerry” şirkəti smartfon ekranında göstərilən informasiyanın qismən gizlədilməsi üçün nəzərdə tutulan

27/03/17
Təyyarələrin salonlarında elektron qurğuların daşınmasına qadağanın tətbiqinin səbəbi məlum olub

Ötən həftə ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən bir sıra Afrika və Yaxın Şərq ölkələrindən 

27/03/17
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi 

27/03/17
“Ağıllı” lampalar “Əşyalar interneti”ndə ən geniş yayılmış qurğular olacaq

İnternetə qoşulan “ağıllı” lampalar yaxın bir neçə ildə “Əşyalar interneti” (Internet of Things, IoT) ekosisteminin

27/03/17
“Microsoft” ilk qatlanan noutbuk üçün patent alıb

ABŞ-ın “Microsoft” korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib

27/03/17
Görünən rənglərin sayını artıran optik qurğu yaradılıb

Viskonsi Universitetinin tədqiqatçılar qrupu insan gözünün rəng qəbulu qabiliyyətini artıran optik qurğu təqdim ediblər. 

27/03/17
Yeni süni dəri tipi günəş enerjisi ilə işləyir

Qlazqo Universitetinin tədqiqatçıları insan dərisi ilə müqayisədə daha həssas yeni süni dəri tipi yaradıblar. 

26 03 2017