12px13px15px17px
Tarix:11/04/17

“MacOS” əməliyyat sistemi üçün virusların sayı bir ildə 744% artıb

“Apple” şirkətinə məxsus “macOS” əməliyyat sisteminin zərərverici proqram təminatından uzaq olması fikri tam reallığı əks etdirmir – “McAfee” antivirus şirkətinin mütəxəssisləri belə düşünür. Onların məlumatına görə, son 12 ayda “macOS” sistemi üçün aşkar edilmiş virusların sayı 750% artıb.

“Mac” sistemi üçün yeni zərərverici proqram təminatının böyük əksəriyyəti – bu, istifadəçi kompüterlərini çoxlu sayda müxtəlif reklamlarla dolduran reklam modullarıdır. Belə viruslar, əlbəttə ki, zəhlətökəndir, amma məxfi informasiya üçün təhlükə yaratmır" – ekspertlər bildiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “macOS” platforması üçün virus yaradan hakerlər daha təhlükəli proqram təminatı hazırlayırlar.

Mütəxəssislər bildiriblər ki, “MacOS” sistemi üçün, həmçinin sistemi tamamilə özünə tabe etdirən və onu zərərli botnet elementinə çevirən troyanlar yaradılır.

Emil Hüseynov




Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024