12px13px15px17px
Tarix:06/07/17

“Qualcomm Snapdragon 821” prosessorlu “Galaxy S8 mini” smartfonu təqdim ediləcək

Cənubi Koreyanın “Samsung” şirkəti qabaqcıl “Galaxy S8” smartfonunun mini-versiyasını təqdim edəcək. Təqdimatı iyulda baş tutacaq qurğu yeni “Qualcomm Snapdragon 835” prosessorundan deyil, “Qualcomm Snapdragon 821” çipindən istifadə edəcək.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısının mühəndisləri tərəfindən “Galaxy S8 mini” smartfonunun hazırlanması ilə bağlı məlumatı Çin portalı yayıb.
Saytın məlumatına görə, qurğu tərəflərinin nisbəti 18,5:9 təşkil edən 5,3 düym diaqonallı displeylə təchiz ediləcək. Bundan başqa, mini-versiya “Galaxy S8” və “Galaxy S8 Plus” qurğuları ilə müqayisədə daha nazik aşağı və yuxarı çərçivələrə malik olacaq.

Məlumata görə, yeni smartfonun ölçüləri 4,7 düym ekranlı müasir telefonların qabaritlərinə bərabər olacaq. Qurğunun operativ yaddaşı 5 giqabayt, quraşdırılmış yaddaşı 32 giqabayt təşkil edəcək. “Galaxy S8 mini”, həmçinin gözün qüzehli qişası skaneri və quraşdırılmış “Bixby” səsli köməkçi funksiyası ilə təchiz olunacaq.

Nizam Nuriyev 




Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024