12px13px15px17px
Tarix:14/06/11

Vergi üzrə xüsusi elektron xidmət bölməsi yaradılacaq

Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı kollegiya iclası keçirilib.
İclasda qarşıdakı illər ərzində bu sahədə maraqlı yeniliklərin gözlənildiyi bildirilib.  Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqi nəticəsində Azərbaycanın Vergilər Nazirliyi Şərqi Avropada ən müasir informasiya texnologiyalarına malik vergi xidmətlərindən birinə çevrilib.
AVİS vergi inzibatçılığının bütün sahələrinin avtomatlaşdırılmasına, elektron sənəd dövriyyəsinin və operativ informasiya mübadiləsinin inkişafına nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasına, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə təkan verib. Elektron bəyannamə sisteminin, elektron vergi hesab-fakturalarınin, e-auditin tətbiqi də aparılan vacib islahatlardandır.
Təsdiq edilmiş tədbirlər planına əsasən, 2011-2012-ci illər ərzində elektron xidmətlərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması nəzərdə tutulub. Bu bölməyə müraciət edən şəxslər tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsinin təmin olunması da planlaşdırılır.
Göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada aparılması və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin cari ilin sonunadək görülməsi də planlaşdırılır. Kollegiyanın qərarı ilə fiziki şəxslərin vergi orqanlarında uçotun elektron formada həyata keçirilməsi sahəsində təkliflərin hazırlanması və vergilər nazirinə təqdim olunması tapşırılıb.



Baxış sayı: 1300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 İyul 2018

17/07/18
Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir

“Vincross” şirkəti tərəfindən yaradılmış robot bağban otaq bitkilərinə qulluq edir

17/07/18
Təlimli robotlar hərbçilərə kömək edəcək

ABŞ Ordusu və Karnegi-Mellon Universitetinin mütəxəssisləri beynəlxalq konfrans çərçivəsində robotların təlimi üçü

17/07/18
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq

17/07/18
Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək

Böyük Britaniya ərazisində ilk kosmodrom 2020-ci ildə inşa olunacaq

16 07 2018

16/07/18
“YouTube” müəllif hüquqlarını pozmuş videoları axtaran funksiya istifadəyə verib

“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını 

16/07/18
“Gartner”: “Bu il süni intellekt biznesə 1,2 trilyon dollar qazandıracaq”

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada süni intellekt texnologiyaları ilə əlaqədar biznesin birbaşa və 

16/07/18
Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq

İsrailin “Chakratec” startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma 

16/07/18
“WhatsApp” messencerində mesajlar üçün yeni nişan tətbiq ediləcək

“WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək.

16/07/18
Smartfonların avtonom iş müddətinin 5 dəfə artırılması üsulu tapılıb

Avtonom iş müddəti bir çox qurğuların (smartfon, planşet, noutbuk, “ağıllı” saat, simsiz qulaqlıq, hətta 

16/07/18
İlk üçölçülü rəngli rentgen şəkli çəkilib

Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq 

16/07/18
Təhlükəsizliyə görə “Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək

Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə 

16/07/18
Sərnişin multikopteri nümayiş olunub

ABŞ-ın “Opener” şirkəti vertikal uçuşlu və enişli “BlackFly” fərdi uçuş aparatını