12px13px15px17px
Tarix:31/07/17

Norveçdə avtonom gəmilər suya buraxılıb

Norveçin "Yara" kimya konserni və "Kongsberg Group" şirkəti "ağıllı" yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, məlumata görə, 2018-ci ilin sonunadək gübrələrlə yüklənən elektrik hərəkət qüvvəsinə malik ilk "ağıllı" gəmilərin Poşqryunn və Brevik cənub limanları arasında hərəkət etməyə başlayacaqları planlaşdırılır.
 
Hazırda isə onlar 10 dəniz milində məsafəni qət etməklə məşğuldurlar.
 
Lakin məhz bu kiçik ərazidə mayak, naviqator, radar, kamera və sensorlarla təchiz edilən gəmilərin sınaqları keçiriləcək. Avtonom gəmilərin istifadəyə verilməsi adi gəmilərdən üç dəfə baha başa gəlsə də, istismarı 10 dəfə ucuz olacaq.
 
Həmçinin bildirilir ki, bir elektrik "Yara Birkeland" gəmisi dizellə işləyən 40 min yük gəmi reysini əvəz edəcək. 2020-ci ilədək elektrik gəmilərindən bütün Avropada istifadə ediləcəyi gözlənilir.
 
Nizam Nuriyev 




Baxış sayı: 337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024