12px13px15px17px
Tarix:01/08/17

“Intel” fləş kart ölçüsündə neyron şəbəkəsi təqdim edib

Son zamanlar neyron şəbəkələri demək olar insan fəaliyyətinin bütün sahələrində tətbiq edilir. Elə təsəvvür yaranır ki, böyük istehsal gücü tələb edən bu texnologiya adi istifadəçilər üçün əlçatmazdır. Ancaq “Intel” şirkətinin “Movidius” adlı filialı “Neural Compute Stick” adlı qurğu təqdim edib. Adi fləş kart ölçüsündə bu qurğunun daxilində dərin kompüter təlimi funksiyasına malik güclü neyron şəbəkəsi fəaliyyət göstərir.
 
“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, “Neural Compute Stick” qurğusu istənilən neyron şəbəkələrinin işlənməsi üçün proqramlaşdırıla bilər. Bundan başqa, o, kompüter və ya smartfonda mərkəzi prosessorun gücünü artıran sürətləndirici kimi istifadə edilə bilər. “Intel” şirkətinin rəsmiləri hesab edirlər ki, “Neural Compute Stick” neyron şəbəkələri və süni intellekt texnologiyalarını adi istifadəçilər üçün daha əlçatan edəcək. Qurğunun əsas komponenti “Myriad 2 VPU” vizual emal moduludur. “Movidius” şirkətinin baş direktorunun sözlərinə görə:
 
"Neural Compute Stick qurğusu daxilində yerləşən “Myriad 2 VPU” modulu son dərəcə yüksək effektivlik təmin edir. Məhsuldarlıq 1 vatt enerji sərfiyyatı üzrə 100 qiqaflopsa bərabərdir. Bu, mobil telefon və planşetlərə real vaxt rejimində neyron şəbəkələri ilə işləməyə imkan verəcək. Nəticədə süni intellekt və neyron şəbəkələri bulud xidmətləri və böyük hesablama stansiyalarından asılı olmayacaq".
 
“Movidius” şirkəti “Neural Compute Stick” qurğusunu 79 ABŞ dollarına təklif edir.

Emil Hüseynov




Baxış sayı: 169

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2020

23 09 2020

23/09/20
“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

“Google”un yeni qabaqcıl smartfonu haqqında ətraflı məlumatlar onun rəsmi təqdimatından bir həftə öncə in

23/09/20
“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib (VİDEO)

Avropanın “Airbus” konserni “ZEROe” layihəsi çərçivəsində sıfır tullantılı hidrogen mühərrikli sərniş

23/09/20
“Nokia” şirkəti 4 kameralı “5G” smartfonunu təqdim edib

“Nokia” şirkəti “Nokia 8.3 5G” adlı smartfonunu təqdim edib. Adından məlum olduğu kimi, qurğu beşinci nəs

23/09/20
Yeni “iPhone” smartfonlarının adı açıqlanıb

Aktual “Apple” seriyalı smartfonun əsas versiyası “iPhone 12 mini” adlanacaq. Bu barədə “MacRumors

23/09/20
“Qualcomm” şirkəti smartfonlar üçün səs azaldıcı xüsusiyyətə malik “Snapdragon 750G” çipini nümayiş etdirib

“Qualcomm” şirkəti orta qiymət diapazonuna malik smartfonlar üçün yeni çipsetini nümayiş

23/09/20
Koronavirusu insan üçün təhlükəsiz məhv edən ultrabənövşəyi lampa buraxılıb

Yaponiyanın nəhəng “Ushio Inc.” şəbəkə avadanlığı istehsalçısı koronavirusu insan sağlamlığına ziyan vurm

23/09/20
“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və t

23/09/20
Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub

“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sistemi