12px13px15px17px
Tarix:19/08/17

“Android” mobil əməliyyat sisteminin yeni versiyasının təqdimetmə tarixi bəlli olub

“Android O” (8.0) mobil əməliyyat sistemi avqustun 21-də ictimaiyyətə təqdim ediləcək. Bu haqda şirkətin rəsmi saytına istinadən “Rambler News Service” xəbərlər portalı yazıb.

"21 avqust tarixində 1918-ci ildən etibarən ilk dəfə ABŞ-ın ərazisində günəş tutulması qeydə alınacaq. “Android” platforması sizə tarixi əhəmiyyətli təbiət hadisəsini hiss etməyə kömək edir ki, siz günəş tutulması haqda daha çox məlumatlı olasınız" – agentlik şirkətin xəbərini paylaşıb.

“ICTnews” Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən yazır ki, həmçinin məlumatda deyilir ki, 21 avqust tarixində Bakı vaxtı ilə saat 22:40-da təqdimatın videoyayımı başlanacaq.

“Google” şirkəti cari ilin mayında “Google I/O” konfransında “Android 8.0” versiyasını təqdim edib. Sistemdə fon rejimində işləyən proqramlar üçün yeni məhdudiyyətlər tətbiq edilib ki, bu da qurğunun işini yaxşılaşdırmağa kömək edir. Həmçinin sistemin dizaynı təkmilləşdirilib. Hazırda yeni versiya beta test mərhələsindədir.

Emil Hüseynov




Baxış sayı: 326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024