12px13px15px17px
Tarix:25/08/17

2017-ci ilin ikinci rübündə planşetlərin satış həcmi azalıb

5 ən iri planşet istehsalçısından 3-ü (“Apple”, “Huawei” və “Amazon”) ikinci rübdə satış həcmini artırmağa müvəffəq olublar. Bu, yeni modellərin qiyməti ilə izah edilir.

Planşet bazarında yeni ucuz modellərin təqdim edilməsi bir müddət azalmanı ləngitsə də, amma 2017-ci ilin ikinci rübündə planşetlərin satış həcmi ötən illə müqayisədə 3,4% azalaraq 37,9 milyon təşkil edib. Klaviaturalı planşetlərin satış həcmi, həmçinin azalıb, çünki istehlakçılar “Apple”, “Microsoft” və başqa aparıcı istehsalçılardan yeni modellər gözləyirdilər.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, 5 ən iri planşet istehsalçısından 3-ü (“Apple”, “Huawei” və “Amazon”) cari rübdə satış həcmini (müvafiq olaraq 14,7%, 47,1% və 51,7%) artırmağa müvəffəq olublar. Bu, yeni modellərin qiyməti sayəsində mümkün olub.

Smartfon və ənənəvi fərdi kompüter istehsalçıları eyni vaxtda klaviaturalı planşetlərə rəqabətədavamlı alternativ olan hibrid noutbuklar təqdim etməyə başlayıblar.

Emil Hüseynov




Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024