12px13px15px17px
Tarix:25/08/17

“Facebook” hər gün 1 milyondan çox hesabı bloklayır

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" hər gün spam, fırıldaqçılıq və ya ədavət salan nəşrlərə görə 1 milyondan çox hesabı bloklayır. Bu haqda sosial şəbəkənin təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, bu halda o etiraf edib ki, istifadəçilər arasında əlaqələrin sayını nəzərə alaraq şirkət bütün təhlükələri aradan qaldıra bilmir, bəzən isə "Facebook"un qaydalarını pozmayan nəşrlər və videoçarxlar sosial şəbəkədən silinir.

"Facebook"un nümayəndəsi, həmçinin xatırladıb ki, sosial şəbəkə 100-dən çox ölkənin qanunvericiliyini nəzərə alaraq işləməyə məcburdur.

Xatırladaq ki, Avropa Birliyi bir neçə dəfə ABŞ şirkətini ekstremist məzmunla zəif mübarizədə ittiham edib. Məsələn, 2016-cı ilin dekabrında Avropa Komissiyası "Facebook", "Microsoft" və başqa şirkətlərdən ədavət salan məzmunla aktiv mübarizə aparmağı tələb edib. Qeyd edilirdi ki, əks təqdirdə Avropa Birliyi tərəfindən qəbul ediləcək qanunverici aktlar şirkətləri öz üzərinə götürülmüş öhdəlikləri icra etməyə məcbur edəcək.

Emil Hüseynov




Baxış sayı: 402

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024