12px13px15px17px
Tarix:28/08/17

Pilotsuz təyyarələr anbarlarda məhsul ehtiyatlarını izləyəcək

Pilotsuz uçan aparatlar daha bir işdə insanları əvəz edəcək və milyardlarla dollara qənaət etməyə imkan verəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, müasir paylayıcı anbarlarda ehtiyatların izlənilməsi, hətta uğur qazanmış müəssisələr üçün böyük problemdir. Anbarlarda itirilmiş məhsul riteylerlər üçün böyük pul deməkdir, buna görə ehtiyatların izlənilməsini sadələşdirən texnologiyalar çox gərəkli ola bilər. Massaçusets Texnologiya İnstitutu (MTİ) tərəfindən hazırlanmış yeni sistem avadanlığın monitorinqi üçün RFID-dən istifadə edən pilotsuz təyyarələrin köməyindən istifadəni nəzərdə tutur.

RFID – radiosiqnallardan istifadə etməklə məsafədən obyektləri avtomatik müəyyənləşdirməyə imkan verən texnologiyadır.

Massaçusets Texnologiya İnstitutunun alimləri öz yeni sistemini sınaqdan keçiriblər. Sınaqlar zamanı yeni həll 19 sm-lik RFID nişana malik əşyanı dəqiqliklə tapıb.

Emil Hüseynov




Baxış sayı: 95

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 İyul 2019

19 07 2019

19/07/19
Qazanaoxşar dron yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndisləri uçuş müddəti artırılan “Flybotix” adlı pilotsuz

19/07/19
“Google Play” mağazasında casus proqramları aşkar edilib

“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proq

19/07/19
Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq

Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə

19/07/19
Alimlər kvant kompüterinin işini 200 dəfə sürətləndirməyə nail olublar

Hər bir hesablama maşını məntiqi ventillərdən (məntiqi əməliyyatları yerinə yetirən qurğular) ibarətdir.

19/07/19
Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir

Yaponiya hökuməti “Facebook” şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi “Libra” kriptovalyutasını

19/07/19
“Instagram” bir neçə ölkədə postların altında laykların sayını gizlədib

“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada istif

19/07/19
Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına d