12px13px15px17px
Tarix:09/09/17

“Google” məşhur smartfon istehsalçısını satın alacaq

“Google” axtarış sistemi “HTC” şirkətinin mobil bölməsini satın almaq niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, hazırda şirkətlər danışıqların sonuncu mərhələsindədir. Axtarış nəhənginin həm smartfon istehsalı üzrə bölmənin alışını, həm də Tayvan şirkəti ilə strateji əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi qeyd olunur.

Məlumata görə, mobil biznesin satılacağı təqdirdə “HTC” şirkəti “Vive” virtual reallıq kaskasının və bir sıra digər qurğuların istehsalını davam etdirəcək. Mümkün sazişin məbləği və müddəti hələlik açıqlanmır.
 
Ekspertlər qeyd edir ki, “HTC” bölmələrindən birinin “Google” tərəfindən satın alınması gözlənilən addım olub. Çünki məhz Tayvan şirkəti “Google Pixel” və “Pixel XL” smartfonlarının istehsalı ilə məşğuldur. Bundan başqa, “HTC” zavodlarında hazırda “Pixel 2” smartfonunun kiçik modelinin yığılması barədə məlumatlar yer alıb.

Bildirilir ki, ötən il Tayvan istehsalçısı üçün 13 il ərzində ən zərərli il olub. Son maliyyə hesabatına görə, şirkətin mədaxili 2 dəfədən çox - 51,1 faiz azalıb. “HTC” qabaqcıl “U11” smartfonunu buraxmaqla vəziyyətdən çıxmağa çalışsa da, qurğu istehlakçıların ümidini doğrultmayıb və satışları uğursuzluqla nəticələnib. 

Nizam Nuriyev 




Baxış sayı: 95

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 İyul 2019

19 07 2019

19/07/19
Qazanaoxşar dron yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndisləri uçuş müddəti artırılan “Flybotix” adlı pilotsuz

19/07/19
“Google Play” mağazasında casus proqramları aşkar edilib

“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proq

19/07/19
Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq

Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə

19/07/19
Alimlər kvant kompüterinin işini 200 dəfə sürətləndirməyə nail olublar

Hər bir hesablama maşını məntiqi ventillərdən (məntiqi əməliyyatları yerinə yetirən qurğular) ibarətdir.

19/07/19
Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir

Yaponiya hökuməti “Facebook” şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi “Libra” kriptovalyutasını

19/07/19
“Instagram” bir neçə ölkədə postların altında laykların sayını gizlədib

“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada istif

19/07/19
Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına d