12px13px15px17px
Tarix:25/09/17

Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif sensorlarla təchiz edilmiş “ağıllı” geyim istehsalında geniş tətbiq edilə bilər.

Alimlər panellərdə aktiv qat kimi orqanik polimerlərdən istifadə ediblər. Elementlər su və oksigenin təsirindən müdafiə üçün parilen adlı polimerlə örtülüb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, panellərin effektivliyi 7,9% təşkil edir. Lakin hətta bu göstərici “ağıllı” geyimə quraşdırıla bilən sağlamlıq monitorinqi sensorlarının enerji ilə doldurulması üçün bu panellərdən istifadəyə imkan verir.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan alimlər "ağıllı" geyim üçün parçaların yaradılması üzərində aktiv işləyirlər. Məsələn, avqustun sonunda beynəlxalq alimlər qrupu tərəfindən karbon nanoboruları əsasında yaradılmış sap uzadılma zamanı elektrik enerjisi hasil edir. Ötən ilin sentyabrında isə Corciya Texnologiya İnstitutunun alimlər qrupu tərəfindən hazırlanmış parça günəş işığı və geyim sahibinin hərəkəti sayəsində daşınan elektronika qurğusunun enerji ilə doldurulması  üçün enerji hasil etmək qabiliyyətinə malikdir.

Emil Hüseynov




Baxış sayı: 85

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Fevral 2020

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza

27 02 2020

27/02/20
“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib

Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiy

27/02/20
Dünyada ən çox yüklənən proqram hansıdır?

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “S

27/02/20
“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb

“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan e

27/02/20
“Huawei P40 Lite” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal x

27/02/20
Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çini

27/02/20
“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

“MWC 2020” sərgisini buraxmalı olan “LG” şirkəti “LG V60 ThinQ 5G” adlı qabaqcıl smartfonunu Cənubi Ko

27/02/20
“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

27/02/20
“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin

27/02/20
“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finla