12px13px15px17px
Tarix:03/10/17

Videooyunlarda təsviri hamarlayan HDMI kabel yaradılıb

"Hamarlama" (anti-aliasing) texnologiyası olmadan müasir videooyunları təsəvvür etmək çətindir. Bu texnologiya çoxsaylı üçölçülü obyektlərin kənar hissələrində yaranan "nərdivan effekti”ni aradan qaldırmaqda istifadə olunur. Bir qayda olaraq, hamarlamanın keyfiyyəti alqoritmin mürəkkəbliyi və hesablama gücündən asılıdır. Lakin “Marseille” şirkətinin  mühəndisləri tərəfindən hazırlanmış HDMI kabeli təsvirin hamarlanmasını həyata keçirir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, istehsalçılar tərəfindən “mCable” kabelinə qurulmuş xüsusi prosessor ondan keçən şəkli emal edir və təsviri “nərdivan effekti”ndən azad edir. “mCable” hələ ki 720p və 1080p təsvir ölçülərini dəstəkləyir ki, bu da onu “PlayStation 3” və “PlayStation 4” oyun konsollarında istifadə üçün tamamilə yararlı edir. Lakin kadrların tezliyi 120 fps göstəricisini ötməməlidir.

“mCable” kabelini artıq rəsmi saytdan satın almaq olar. 1 metrlik versiyanın qiyməti 119 dollar, 3 metrlik versiyanın qiyməti isə 139 dollar təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024