12px13px15px17px
Tarix:30/10/17

“Wikipedia” yaradıcısı saxta xəbərlərlə mübarizə üçün servis istifadəyə verəcək

“Wikipedia” internet ensiklopediyasının təsisçisi Cimmi Ueyls KİV-də həqiqiliyi şübhə doğuran və yalan informasiyanın yayılması ilə mübarizə üzrə onlayn servisi sınaq rejimində istifadəyə vermək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, söhbət “Wikitribune” layihəsindən gedir. Plana görə, aktual mövzularla bağlı xəbər materiallarının düzgünlüyü diqqətlə yoxlanıldıqdan sonra eyniadlı saytda yerləşdiriləcək. Dərc ediləcək məqalələrin hazırlanması üçün redaktor və jurnalistlər qrupu məsul olacaq. Səhifənin yaradılması ilk dəfə apreldə açıqlansa da, servis hələ ki tam fəaliyyət göstərmir.  

C.Ueyls bildirib ki, sayt hazırda beta sınaq mərhələsindədir. “Biz yaxın gələcəkdə fəaliyyətə başlamaq niyyətindəyik. “Wikitribune” saytına artıq on nəfərə yaxın jurnalist işə qəbul olunub. Layihənin maliyyələşdirilməsi könüllü ianələr hesabına həyata keçiriləcək ki, bu da internet resursuna neytrallığı qorumağa imkan verəcək”, - o vurğulayıb.   

Qeyd edək ki, xəbərləri istifadəçilər redaktə etsələr də, onlar resurs əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra çap ediləcək.  

Nizam Nuriyev 




Baxış sayı: 19

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2019

17 09 2019

17/09/19
Populyar routerlərdə ciddi boşluqlar aşkar edilib

Populyar ev və korporativ marşrutlayıcı modelləri, həmçinin “Əşyalar interneti” qurğularında

17/09/19
“Volocopter” şirkəti hava taksisini şəhər şəraitində sınaqdan keçirir

“Volovopter 2x” çəkisi 160 kq-dan çox olmayan iki nəfərin daşınması 

17/09/19
Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək

17/09/19
İlk “Motorola” televizorları buraxılıb

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk mode

17/09/19
“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi 6” standartını istifadəyə verib

“Wi-Fi 6” standartının istifadəyə verilməsi internetə qoşulma sürətini 

17/09/19
Süni intellektli ilk peyk buraxılışa hazırdır

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı gözlənilir.

17/09/19
Yeni “Vivo” smartfonu 64 meqapiksellidir

Çinin “Vivo” şirkəti yeni “Nex 3” smartfonunu nümayiş etdirib.