12px13px15px17px
Tarix:14/10/11

“Google”-un gəlirləri artıb

“Google” şirkəti bu gün cari ilin üçüncü rübü üçün öz maliyyə hesabatını dərc edib. “Bu rüb nəticələr ürəkaçan olub. Gəlir keçən illə müqayisədə 33% artaraq demək olar ki, 10 milyard dollar təşkil edib.

Biz “Google+” şəbəkəsini açdıq və sosial şəbəkənin auditoriyası yaxın vaxtlarda 40 milyonu ötüb." – “Google”-un icraçı direktoru Larri Peyc bildirib.

“Google” şirkətinin üçüncü rübdə gəliri 9,72 milyard dollar təşkil edib. İnternet nəhəngin xalis gəliri keçən ilin həminki dövrü ilə müqayisədə 2,73 milyard dollar olub.

Qeyd edək ki, keçən il bu göstərici 2.17 milyard dollar olmuşdu. Məlumat üçün qeyd edək ki, analitiklər “Google”-un üçüncü rübdə cəmi 7,21 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırmışdılar.



Baxış sayı: 1181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024