12px13px15px17px
Tarix:11/11/17

“Ford” zavodlarının işçiləri ekzoskeletlərlə təchiz ediləcək

“Ford” şirkəti zavodlarda çalışan işçilərin əzələ gərginliyini azaltmağa kömək edəcək ekzoskeletlərin sınağına başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “EksoVest” adlanan ekzoskelet “Ekso Bionics” şirkəti tərəfindən “Ford” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. O, hər əlində 2,2-6,8 kiloqramadək ağırlıqları qaldırmağa kömək edərək insan bədəninin yuxarı hissəsində əzələ gərginliyini azaltmağa imkan verir. Qeyd olunur ki, ekzoskelet əzələ və zehni yorğunluqla əlaqədar istehsalat zədələnmələrinin qarşısını almaqda yardımçı ola bilər. Avtomobil istehsalçısının hesablamalarına görə, “Ford” zavodlarının bir sıra işçiləri gündə əllərini orta hesabla 4600 dəfə qaldırırlar. Bununla yanaşı vurğulanır ki, “EksoVest” zavodda, tikintidə, paylayıcı mərkəzlərdə və s. yerlərdə yükləmə ilə məşğul olan işçilər üçün nəzərdə tutulub.
 
Hazırda “EksoVest”  ekzoskeletləri ABŞ-da iki zavodda test edilsə də, “Ford” gələcəkdə onlardan Avropa və Cənubi Amerika zavodlarında istifadəyə başlamağı planlaşdırır.  
 
Nizam Nuriyev 




Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Aprel 2018

21 04 2018

21/04/18
Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə 

21/04/18
Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər 

21/04/18
Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur

"Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, 

21/04/18
Yeni texnologiya insanın üçölçülü modelini yaradır

Almaniya alimlərinin yeni texnologiyası virtual məkan üçün insanların üçölçülü modellərini yaratmağ