12px13px15px17px
Tarix:12/12/17

“NASA” 3 kosmik teleskop buraxacaq

ABŞ Kosmik Agentliyi (NASA) yaxın 10 ildə kosmosa həyat üçün potensial yararlı planetlərin aşkarlanmasında  istifadə olunacaq 3 yeni teleskop buraxmaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “NASA” direktorunun köməkçisi Tomas Zurbukeninin sözlərinə görə, növbəti ilin martında kosmosa “Transiting Exoplanet Survey Satellite” (TESS - ulduzu qarşısında keçən planetlərin tədqiqi üzrə peyk) adlı aparatın buraxılması gözlənilir. “TESS” aparatının təyinatı parametrlərinə görə Günəş sistemi ilə daha çox müqayisə oluna biləcək Yerə yaxın planet sistemlərinin aşkarlanmasından ibarətdir.  
 
Bildirilir ki, “TESS” tərəfindən aşkarlanan sistemlərin öyrənilməsi ilə gələcəkdə orbitə həmin aparatdan sonra çıxarılacaq teleskoplar məşğul olacaq. Söhbət 2019-cu ilin birinci yarısında buraxılması planlaşdırılan “James Webb” teleskopundan gedir. “James Webb” 1990-cı ildə buraxılan “Hubble” teleskopunu əvəzləməklə ən güclü kosmik teleskop olacaq.
 
2024-2026-cı illərdə “NASA” kosmosa enlibucaqlı infraqırmızı “WFIRST” teleskopunu göndərməyi nəzərdə tutur. T.Zurbukeninin sözlərinə görə, teleskop “Hubble” ilə müqayisədə 100 dəfə çox məkan sahəsini müşahidə edə biləcək. “WFIRST” vasitəsilə alimlər həm ekzoplanetlər, həm də qaranlıq materiya və Yer kürəsinin quruluşu və təşəkkülü haqqında informasiya əldə etməyə ümid edirlər.
 
“Hubble” və digər teleskoplar vasitəsilə əldə olunan informasiyaya əsaslanan “NASA” ekspertləri bundan əvvəl təkcə Günəş sisteminin yerləşdiyi “Süd yolu” qalaktikasında ölçüsünə görə Yer kürəsi ilə müqayisə oluna bilən azı 11 milyard planetin olması ilə bağlı ehtimal irəli sürüblər. Bununla yanaşı, 1995-ci ildən potensial baxımdan həyatın mümkün olduğu 3,5 min ekzoplanetin mövcudluğu təsdiq olunub.

Nizam Nuriyev 




Baxış sayı: 86

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020