12px13px15px17px
Tarix:14/12/17

Bioprinter şəkərli diabetlər üçün mədəaltı vəzi hüceyrələri çap edəcək

Avstraliyanın Vullonqonq Universitetinin alimləri şəkərli diabet xəstələri üçün lazımi orqanın yeni hüceyrələrini çap edə bilən üçölçülü bioprinter təqdim ediblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “PICT” (Pancreatic Islet Cell Transplantation) adlanan innovativ sistemdən istifadə zamanı “3D” printerdə insulinin hazırlanmasına cavabdeh mədəaltı vəzi hüceyrələrinin yerləşdiyi üçölçülü karkas yaratmaq mümkündür. Bu üsul mədəaltı vəzi hüceyrələrinin köçürülməsi zamanı donor toxumasının ayrılma riskini azaltmağa imkan verir.

Məlumata görə, hazırda insana insulinin hazırlanması üçün donor toxumasını köçürmək mümkün olsa da, ayrılma riski yüksəkdir. “PICT” bioprinteri donor materialına xəstənin hüceyrələrinin daxil edilməsi sayəsində bu ehtimalı azaltmağa imkan verir. Bundan başqa, printer eyni anda bir neçə hüceyrə tipinin çapına şərait yaradır, eləcə də üçölçülü karkasa qidalanma üçün damarların cücərdilməsini sürətləndirəcək endotel hüceyrələrini əlavə etmək olar.

Tədqiqatçıların sözlərinə görə, “PICT” printeri donor hüceyrələrini resipiyent (qan köçürülən adam) hüceyrələri ilə xüsusi üsulla qatışdıraraq orqanlar yaratmağa imkan verəcək. “Bunun sayəsində ayrılma riskini xeyli azaltmaqla eksperimental transplantasiya üçün tam yeni orqanlar əldə etmək mümkün olacaq”, - tədqiqatçılar bildirib.

Hazırda printerdən Avstraliya xəstəxanalarından birində istifadə olunur. Xəstəxana mütəxəssisləri qurğunun praktikada sınağını, eləcə də lazım gələrsə, onun işinin yaxşılaşdırılması üçün zəruri dəyişikliklərin edilməsini planlaşdırırlar.

Nizam Nuriyev 




Baxış sayı: 53

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020