12px13px15px17px
Tarix:19/12/17

Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb

Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb. Söhbət “AOL Instant Messenger” (“AIM”) xidmətindən gedir. Sözügedən messencer 15 dekabr tarixində rəsmi bağlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hazırda “AIM” servisində bütün fərdi məlumatlar, həmçinin yazışmalar silinib. Bu halda istifadəçilər bundan sonra da “aim.com” domenində elektron poçtdan istifadə edə biləcəklər.

“AOL” internet nəhəngi tərəfindən hazırlanmış “AIM” messenceri 1997-ci ildə istifadəyə verilib. 2012-ci ildə “Windows” üçün sonuncu versiya təqdim olunub, “iOS” və “Android” mobil platformaları üçün versiyalar 2017-ci ilin yayında yenilənib.

2006-cı ildə amerikalı internet istifadəçilərinin 50%-dən çoxu “AIM” messencerindən istifadə edirdi. Həmin vaxtlar servis “Microsoft” şirkətinə məxsus “MSN Messenger”, “Yahoo! Messenger” və “ICQ” ilə rəqabət aparırdı. “Google Chat” və “Hangouts”, “Skype”, “Twitter”, “Facebook Messenger”, “WhatsApp” və “LinkedIn” kimi layihələrin istifadəyə verilməsindən sonra “AIM”-in populyarlığı son dərəcə azaldı.

Emil Hüseynov




Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024