12px13px15px17px
Tarix:21/12/17

“Microsoft” şirkəti “Google Chrome” brauzerini quraşdırmağı qadağan edib

“Microsoft” korporasiyası “Google Chrome” quraşdırıcısını öz proqramlar mağazasından silib. Beləliklə, “Windows 10 S” istifadəçiləri sözügedən brauzerdən istifadə edə bilməyəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiya bununla bağlı konkret səbəb göstərməyib və yalnız qeyd edib ki, proqram "unikal və fərqləndirici" olmalıdır: "Biz “Google Chrome” quraşdırıcısını “Microsoft Store” mağazasından sildik, çünki proqram mağazamızın siyasətinə uyğun deyil". “Google” şirkəti bu vəziyyətlə bağlı hər hansı şərh verməyib.

“Microsoft” şirkəti cari ilin mayında “Windows 10 S” sisteminin yeni versiyasını təqdim edib. Sistem bir sıra məhdudiyyətlərə malikdir. Məsələn, standart brauzerin dəyişdirilməsinə qadağa qoyulub. Bundan başqa, yeni proqramları yalnız “Microsoft Store” proqramlar mağazası vasitəsilə yükləmək mümkündür.

Emil Hüseynov




Baxış sayı: 182

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2019

19 02 2019

19/02/19
Bankların əksəriyyəti haker hücumları qarşısında dayanıqsızdır

İnformasiya təhlükəsizliyinin təmini üzrə ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, əksər 

19/02/19
Məlumat saxlama sistemlərinin ümumi tutumu iki dəfə artacaq

“IDC” analitik şirkəti 2023-cü ilədək dünyada quraşdırılan məlumat saxlama sistemlərinin ümumi 

19/02/19
Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat 

19/02/19
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə 

19/02/19
Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb

ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə 

19/02/19
“Sharp” korporasiyası "robofon" təqdim edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni 

19/02/19
Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone