12px13px15px17px
Tarix:21/12/17

“Dell Vostro 5370” biznes noutbuku təqdim edilib

“Dell” şirkəti biznes istifadəçiləri üçün nəzərdə tutulan kompakt “Vostro 5370” noutbukunu nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yeni model 1920 х 1080 piksel təsvir ölçülü 13,3 düym diaqonallı ekran və 1,6/3,4 QHs takt tezlikli dördnüvəli “Intel Core i5-8250U” prosessoru (Kaby Lake R nəsli) ilə təchiz edilib.

Qeyd olunur ki, qrafikanı 2 giqabaytlıq “GDDR5” yaddaş kartına malik “AMD Radeon 530” videokartı emal edir. Operativ yaddaş tutumu 32 giqabayt, quraşdırılmış bərk cisimli toplayıcının tutumu 512 giqabayt təşkil edir.

Bundan başqa, yeni noutbuk “Wi-Fi 802.11ac” və “Bluetooth 4.2” simsiz rabitə modulları, hər birinin gücü 2 Vatta bərabər stereodinamik, “HD” videonun yazılmasını dəstəkləyən veb-kamera, 1 giqabitlik şəbəkə kontrolleri, “SD” yaddaş kartları üçün çıxış, “USB 3.0 Type-A” və “USB Type-C” portları ilə təchiz olunub.

Qabaritləri 323,9 х 219,9 х 15,81 millimetrə, çəkisi 1,41 kiloqrama bərabər qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Noutbukun iş adamları üçün nəzərdə tutulması məlumatların mühafizəsi texnologiyasından istifadə və bahalı dizaynla izah olunur.

“Dell Vostro 5370” noutbukunun başlanğıc qiyməti 800 avro təşkil edir.  

Nizam Nuriyev 




Baxış sayı: 338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024