12px13px15px17px
Tarix:08/01/18

Yeni “Samsung Exynos 9810” prosessoru qurğuların məhsuldarlığını artıracaq

"Samsung" şirkəti yeni "Exynos 9810" prosessorunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech www.popmech.ru" resursuna istinadən yazır ki, prosessor qurğuya sifəti tanımağa imkan verəcək süni intellekt texnologiyası ilə təchiz edilib. Beləliklə, Cənubi Koreya şirkətinin gələcək qurğularda "Apple" şirkətinin "Face ID" funksiyasının bənzərindən istifadə edəcəyi ehtimal olunur.

Məlumata görə, "Exynos 9810" ikinci nəsil 10 nanometrlik "FinFET" texnoloji proses əsasında yaradılıb. Çip 2,9 QHs takt tezliyində işləyən dörd yüksək məhsuldarlıqlı prosessor nüvəsi, eləcə də 1,9 QHs takt tezliyində işləyən dörd enerji səmərəli nüvəyə malikdir. Çip, həmçinin "Mali-G72 MP18" qrafik sürətləndiricisi ilə təchiz olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, qrafik prosessor (GPU) əvvəlki modellə müqayisədə qrafik məhsuldarlığı 20 faiz çox təmin edir. Bildirilir ki, "Exynos 9810" saniyədə 120 kadr tezlikli "4K" təsvir ölçülü videonun yazılma və göstərilməsini dəstəkləyir.

"Samsung" təmsilçiləri bildirib ki, yaxşılaşdırılmış arxitektura və yaddaş tutumunun artırılması sayəsində yeni prosessor əvvəlki modelə nisbətdə "birnüvəli" rejimdə iki dəfə, "çoxnüvəli" rejimdə isə təxminən 40 faiz sürətli işləyir.

"Exynos 9810", həmçinin 6 tezlik daşıyıcısını dəstəkləyən və məlumatları 1,2 Qbit/saniyə sürətində ötürən "LTE Cat.18" modemi ilə təchiz edilib.

Qeyd olunur ki, artıq prosessorun kütləvi istehsalına başlanılıb. Şirkət bunu rəsmən təsdiq etməsə də, gələcək qabaqcıl "Galaxy S9" və "S9+" smartfon modellərinin yeni çiplə təchiz ediləcəyi gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 116

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Fevral 2020

28/02/20
“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub

“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-

28/02/20
“Wi-Fi” boşluğu milyardlarla qurğunu təhlükə altında qoyub

“Cypress” və “Broadcom” şirkətlərinin istehsal etdiyi “Wi-Fi” çiplərində milyardlarla qurğunu dinləmə

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza

27 02 2020

27/02/20
“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib

Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiy

27/02/20
Dünyada ən çox yüklənən proqram hansıdır?

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “S

27/02/20
“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb

“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan e

27/02/20
“Huawei P40 Lite” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal x

27/02/20
Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çini

27/02/20
“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

“MWC 2020” sərgisini buraxmalı olan “LG” şirkəti “LG V60 ThinQ 5G” adlı qabaqcıl smartfonunu Cənubi Ko

27/02/20
“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

27/02/20
“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin

27/02/20
“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finla