12px13px15px17px
Tarix:12/01/18

Süni intellekt elementli yeni robot it təqdim olunub

Yaponiyanın “Sony” şirkəti süni intellekt elementləri ilə təchiz edilən yeni “aibo” elektron robot itini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, şirkət 2006-cı ilədək əvvəlki nəsil robotları eyni adla buraxıb, lakin onların adı böyük hərflərlə - “AIBO” yazılıb. Böyük it ölçüsündə yeni qurğular daha realistik xüsusiyyətlərə malikdir. Onlar hürə və oynaya, qulaqları tərpədə, pəncə uzada, bel, baş və boyuna tumarlamalara reaksiya verə bilirlər.  

Məlumata görə, “aibo” itləri onlara sahiblərini və yad insanları fərqləndirməyə, eləcə də enerji doldurulan qurğuya yolu müstəqil müəyyənləşdirməyə imkan verən iki kamera ilə təchiz olunub. İtlər daim internetə qoşulu olur və bu tipli digər qurğularla məlumat mübadiləsi edirlər ki, bu da onlara yeni bacarıqlara tez yiyələnməyə imkan verir. Robot itin qiyməti 214 min yeni (təxminən 1,9 min dollar) təşkil edir. Lakin ondan istifadə üçün qiyməti 870 dollara bərabər üçillik internet planına qoşulmaq tələb olunur.

“aibo” sözü “süni intellekt” anlayışı və yapon dilində “dost” sözü birləşməsindən yaranan abreviaturadır.

Nizam Nuriyev 




Baxış sayı: 85

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 İyul 2020

04 07 2020

04/07/20
“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir

“Malwarebytes” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri “macOS” üçün faylları şifrlə

04/07/20
“Motorola One Fusion” smartfonu “HD plus” ekranı ilə təchiz olunub

Orta səviyyəli “Motorola One Fusion” smartfonunun rəsmi təqdimatı keçirilib.

04/07/20
“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir

“Apple” şirkəti “Galaxy” smartfonları üçün “Samsung Dex” dok-stansiyasını (birləşdirici qur