12px13px15px17px
Tarix:19/02/18

“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

"Google" şirkəti "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Gmail" kliyentinin sadə versiyasını istifadəyə verib. "Gmail Go" mobil proqramı başlanğıc səviyyəli smartfonlar, zəif şəbəkə əhatəsinə və ya internetə bahalı çıxışa malik regionlar üçün nəzərdə tutulub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Gmail Go" smartfonda az yer tutur, trafikə qənaət edir və standart funksionallığı təmin edir. Kliyent bir neçə hesabdan istifadəyə imkan verir, müxtəlif qovluqlar üzrə avtomatik filtrasiya həyata keçirir, yeni məktublar haqda ani bildiriş göndərir.
 
Məktubları həm onlayn, həm də oflayn oxumaq və onları cavablandırmaq imkanı mövcuddur. Arzuolunmaz məktubların blok edilməsi üçün antispam mexanizmi nəzərdə tutulub.
 
Emil Hüseynov




Baxış sayı: 423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024