12px13px15px17px
Tarix:27/02/18

“Ağıllı” “Canon” işıqlandırıcısı fotoqrafların işini asanlaşdıracaq (VİDEO)

“Canon” şirkəti Barselonada keçirilən “MWC” sərgisində fotokameralar üçün süni intellekt texnologiyalarının tətbiqi sayəsində peşəkar fotoqrafların işini sadələşdirəcək çıxarılabilən “ağıllı” işıqlandırıcı təqdim edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “470EX-AI” işıqlandırıcısı xarici görünüşünə görə digər çıxarılabilən “Canon” işıqlandırıcı modellərindən fərqlənmir – bütün texniki xüsusiyyətlər qurğunun daxilində yerləşir. Çəkiliş zamanı işıqlandırıcı intellektual rejimdə avtomatik olaraq çəkiliş obyektinə və tavanadək olan məsafəni müəyyənləşdirir və ən yaxşı vəziyyəti hesablayır, quraşdırılmış ötürücülər isə onu seçilən nöqtəyə yönəldir. Nəticədə fotoqraf kifayət qədər işıqlandırma səviyyəsinə malik kadr əldə edərək qara kölgələrin yaranmasının qarşısını alır.
 
Bundan başqa, qurğu fotoqrafa işıqlandırıcının lazımi vəziyyətini seçərək sonradan onu növbəti çəkiliş üçün saxlamağa imkan verən yarımavtomat rejimdə işləyir.
 
Qiyməti 399 dollar təşkil edəcək “ağıllı” “Canon Speedlite 470EX-AI” işıqlandırıcısının apreldə satışa çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev
 






Baxış sayı: 341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024