12px13px15px17px
Tarix:28/03/18

Norveç Arktikanı yüksəksürətli internetlə təmin edəcək

Norveç Arktikanın əksər hissəsini genişzolaqlı internetə çıxışla təmin etmək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, layihənin həyata keçirilməsi ilə 2020-ci ilədək Arktika ərazisində stabil internet bağlantısının təmini üçün iki peyk buraxmağı planlaşdıran “Space Norway AS” şirkəti məşğul olacaq. Bu məqsədlər üçün Norveç hökuməti 130 milyon dollar ayırmağı nəzərdə tutur. Lakin bunun üçün şirkət əlavə investisiyalar cəlb edərək layihənin gəlirli olmasına zəmanət verməlidir. Peyklərin istismar müddəti 15 il təşkil edəcək.

Məlumata görə, ölkə hökuməti nümayəndələrinin fikrincə, adi istifadəçilərin rahatlığı, eləcə də təşkilat və idarələrin maraqları üçün keyfiyyətli internet bağlantısının 65-ci paraleldən yüksək en dairələrində qurulması tələb olunur. Müdafiə naziri Frank Bakke-Ensen qeyd edib ki, layihə Norveç Silahlı Qüvvələri üçün əhəmiyyət kəsb edir.

Bildirilir ki, hazırda Şimal qütbündə keyfiyyətsiz internet bağlantısı narahatlıq yaradır, o cümlədən fövqəladə xidmətlərin işini çətinləşdirir. Yüksəksürətli internetə daha çox Barens dənizində balıqçılıqla məşğul olan balıqçılar, eləcə də Qütb dairəsindən kənarda neft-qaz ekspedisiyaları və elmi-tədqiqat layihələri iştirakçıları ehtiyac duyur.

Nizam Nuriyev





Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024