12px13px15px17px
Tarix:23/04/18

Yeni zərərli proqram “Microsoft Office”in yoluxdurulmuş sənədləri vasitəsilə yayılır

Çinin “Qihoo 360” kibertəhlükəsizlik şirkəti tərəfindən aşkar edilmiş zərərli proqram təminatının yeni növü hazırda internetdə aktiv yayılır. Zərərli proqram təminatı “Windows” istifadəçilərinin kompüterinə bekdor quraşdırmaqdan ötrü “Internet Explorer” brauzerində “sıfır günü” boşluğundan istifadə edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, istifadəçi sənədi açdıqda eksploytun kodu və zərərli proqram təminatı uzaq server vasitəsilə yüklənir.
 
“Microsoft” artıq bu problemdən xəbərdardır və tezliklə boşluğu aradan qaldıracaq, amma ekspertlər istifadəçilərə hələ ki naməlum mənbələrdən yüklənmiş “Office” sənədlərini açmamağı və təhlükəsizlik proqramlarından istifadə etməyi tövsiyə edirlər.
 
Emil Hüseynov





Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024