12px13px15px17px
Tarix:05/05/18

Dünyanın ən populyar smartfonu hansıdır?

“iPhone X” 2018-ci ilin birinci rübünün yekunları üzrə ən çox satılan smartfon olub. Bu barədə “Strategy Analytics” şirkətinin qeyd olunan müddət üçün tədqiqat hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, analitik şirkətin məlumatına görə, cari ilin yanvar-martında dünyada satılan smartfonların sayı 345 milyon təşkil edib. “Apple” şirkəti 16 milyon “iPhone X” modeli satıb ki, bu da ümumi satış sayının 4,6 faizinə bərabər olmaqla ən yüksək göstərici hesab edilir.
 
Bildirilir ki, ikinci və üçüncü yerləri “iPhone 8” və “8 Plus” smartfonları tutub. Hesabat dövründə 12,5 milyon “iPhone 8” və 8,3 milyon “iPhone 8 Plus” satılıb. Dördüncü pillədə satışı 5,6 milyon ədədə bərabər “iPhone 7” modeli qərarlaşıb.
 
“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar beşinci və altıncı yerlə kifayətlənib. Analitiklərin məlumatına görə, ən populyar “Android” qurğuları “Xiaomi Redmi 5A” və “Samsung Galaxy S9 Plus” olub.
 
Həmçinin məlum olub ki, “iPhone 8” və “8 Plus” modelləri martda “Apple” şirkətinin ən populyar modelləri seçilib. Bu, analitiklər tərəfindən qırmızı rəngli qurğuların buraxılışı ilə izah edilib.
 
Bundan əvvəl bir sıra nüfuzlu mənbə və jurnalistlər “iPhone X” smartfonunun “Apple” şirkətinə ciddi ziyan vuracağını proqnozlaşdırıb. Analitiklər qurğunu incəliyi, ön kamera üçün kiçik açıq yerin olması və 2017-ci ilin birinci rübündə zəif satış göstəricilərinə görə tənqid ediblər. “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak isə qurğunun mürəkkəb idarəetməyə malik olmasından narazılığını ifadə edib.  

Nizam Nuriyev





Baxış sayı: 89

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa