12px13px15px17px
Tarix:23/06/18

“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar kanallar üçün ödənişli abunəçilik sisteminin tətbiqinə başlayır. Yeni funksiyaların təsviri şirkətin bloqunda dərc olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Channel Memberships” adlanan funksiya ödənişli abunəçilərə unikal nişanlar, emodzi, qrup üzvləri üçün bildirişlər, eləcə də kanal müəlliflərinin əlavə kontenti, o cümlədən videoçarx və birbaşa efirlərdən istifadəyə imkan yaradır. Aylıq abunə haqqı 4,99 dollar təşkil edir.

Bundan başqa, “YouTube” rəhbərliyinin “Teespring” servisi ilə tərəfdaşlığı sayəsində videoblogerlər öz atributlarına malik məhsullarını bilavasitə videoservisin saytında satışa çıxara biləcəklər.

Daha bir yenilik isə kanal müəlliflərinə əvvəlcədən yeni videoçarxların buraxılışını elan etməyə imkan verəcək. Xüsusi “Premyera” bölməsi avtomatik xüsusi gözləmə səhifəsini yaratmağa şərait yaradacaq. Burada tamaşaçılar əvvəlcədən qrup yazışmasında (çatda) danışa biləcəklər.

Xatırladaq ki, həftənin əvvəlində “YouTube” 12 yeni ölkədə ödənişli “YouTube Music” və “YouTube Premium” servislərini istifadəyə verib.

Nizam Nuriyev
 





Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Oktyabr 2018

18/10/18
Yeni mobil əlavə depressiya əlamətlərini müəyyənləşdirməyə kömək edəcək

“Mindstrong” tibb startapı “iOS” əməliyyat sistemi üçün yenilənmiş “Health” əlavəsini təqdim 

18/10/18
“microSD” yaddaş kartına alternativ təqdim edilib

Bir gün əvvəl nümayiş etdirilmiş “Mate 20” istehsal xəttinə aid yeni smartfonlar “Huawei” şirkətinin 

18/10/18
Britaniyada qurğuların müdaxilədən qorunması üçün təlimat buraxılıb

Böyük Britaniyada internetə qoşulan ev qurğuları istehsalçıları üçün təhlükəsizlik kodeksi dərc edilib

18/10/18
Yeni “Chrome 70” brauzerində təhlükəsizlik məsələsinə böyük önəm verilib

“Google” şirkəti tərəfindən təqdim edilmiş “Chrome 70” brauzerinin yeni versiyasında yeniliklərin əsas 

17 10 2018

17/10/18
Şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib

2018-ci ilin üçüncü rübündə şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib.

17/10/18
İnsanın hərəkəti nəticəsində əldə olunan enerji elektron qurğuların şarjında istifadə ediləcək

Çin alimləri tərəfindən hazırlanmış yeni nanogenerator insanın hərəkəti nəticəsində əldə olunan enerji 

17/10/18
ABŞ-ın daxili reyslərində sifətin tanınması sistemi tətbiq ediləcək

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) daxili reyslərin həyata keçirildiyi aeroport və 

17/10/18
“IBM” kibertəhlükəsizlik problemlərinin həlli üçün süni intellektdən istifadə edəcək

ABŞ-ın “IBM” texnoloji şirkəti “IBM Security Connect” açıq platformasını təqdim edib.

17/10/18
“Facebook Messenger” istifadəçilərə göndərilmiş mesajları silməyə imkan verəcək

“Facebook” sosial şəbəkəsi öz rəsmi messencerində göndərilmiş  mesajları silməyə imkan verən funksiyanı 

17/10/18
“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda keçirilmiş tədbirdə öz qabaqcıl “Mate 20” və “Mate 20 Pro” smartfonlarını