12px13px15px17px
Tarix:11/07/18

“iPhone X” və “iPhone SE” smartfonlarının istehsalı dayandırılacaq

“Apple” şirkəti bu ilin üçüncü rübündə “iPhone X” və “iPhone SE” smartfon modellərinin istehsalını dayandırmağı planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Vista News” resursuna istinadən yazır ki, bu, istehsalçı şirkətin diqqəti yeni “iPhone 9”, “iPhone 11” və “iPhone 11 Plus” modellərinin hazırlanması və buraxılışına yönəltmək istəməsi ilə izah edilir. “iPhone X” və “iPhone SE” smartfonlarının cəmiyyətdə çox populyarlıq qazanması səbəbindən “Apple” gələcək satışların mümkün uğursuzluğundan ehtiyat edərək onların 2018-ci ilin payızından etibarən satışdan çıxarılması ilə bağlı qərar qəbul edib.

Bundan əvvəl bu ilin payızında “iPhone SE” modelinin qiymətinin ucuzlaşması barədə məlumatlar yayılıb. Bundan başqa, şirkət nümayəndələri bildirib ki, “iPhone SE 2” buraxılmayacaq, çünki model qabaqcıl “iPhone” smartfonlarına ciddi rəqib olacaq, eləcə də böyük gəlir gətirməyəcək.

“iPhone X” modeli satışdan çıxarıldıqdan sonra “Apple” şirkəti məşhur smartfonun yenilənmiş modellərinə tələbatın artacağını proqnozlaşdırır. ABŞ istehsalçısı 2018-ci ilin sonunadək 91 milyon, 2019-cu ilin ortalarınadək isə 92 milyon yenilənmiş model tədarük etməyi nəzərdə tutur.

Nizam Nuriyev





Baxış sayı: 297

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2019

22 02 2019

22/02/19
"İdeyadan Biznesə" layihəsi çərçivəsində Mingəçevirin ən yaxşı innovativ layihələri müəyyənləşib

"İdeyadan Biznesə" layihəsi çərçivəsində cari ilin ilk startap turu fevralın 21-də Mingəçevir şəhərində təşkil olunub

22/02/19
“Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda təlim keçirilib

22 fevral 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya

22/02/19
“Galaxy S10+” smartfonunun “selfi”-kamerası “DxOMark” reytinqində birinci yeri tutub

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan tanınmış “DxOMark” xidmətinin sahibi olan “DxO Labs” 

22/02/19
Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter 

22/02/19
“InSight” aparatı Marsın havası haqqında gündəlik məlumat verəcək

“InSight” stansiyası Qırmızı planetin havası haqqında gündəlik hesabatlar göndərəcək.

22/02/19
Kibertəhlükəsizliyin təmini üçün həllər bazarının həcmi 202,3 milyard dollara çatacaq

İnformasiya təhlükəsizliyi həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq 

22/02/19
“WinRAR” proqramında 19 il mövcud olan səhv aşkarlanıb

“RAR” və “ZIP” formatlarında arxivlərin yaradılması və təşkili üçün istifadə edilən populyar “WinRAR

22/02/19
“Apple”ın innovasiya şirkətlərinin reytinqi üzrə mövqeyi zəifləyib

Bir il ərzində “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən