12px13px15px17px
Tarix:17/07/18

Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

Böyük Britaniyanın "Aston Martin" avtomobil istehsalçısı "Volante Vision Concept" özəl təyyarə konseptinin yaradılması üçün Krenfild Universiteti və "Cranfield Aerospace Solutions" və "Rolls-Royce" şirkətləri ilə səylərini birləşdirib. Bu barədə şirkətin press-relizində deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science www.naked-science.ru" resursuna istinadən yazır ki, 3 nəfərlik sərnişin tutumuna malik "Volante Vision Concept" vertikal uçuşlu təyyarə olmaqla hibrid mühərrik və avtopilotla təchiz edilib.

Konseptin yaradılması səbəblərindən danışan "Aston Martin" şirkətinin direktoru Endi Palmer bildirib ki, urbanizasiyaya məruz qalmış yerlərdə əhali sayının çoxalması ilə əlaqədar olaraq şəhərlərin yüklənməsi artır. "Biz tıxaclar, ətraf mühitin çirkləndirilməsi və mobillilik ilə bağlı problemlərin həlli üçün alternativ variantlar təqdim etməliyik. Hava ilə hərəkət gələcək nəqliyyatın əsas hissəsi olacaq. Yüksək sinifli servislə təchiz olunan "Volante Vision Concept" bütün problemlərin öhdəsindən gələcək", - şirkət direktoru qeyd edib.

Onun sözlərinə görə, şəhərlərin ərazisi genişləndikcə, evdən işə çatmaq üçün lazım olan vaxt da artır. Onun fikrincə, insanlar ən tez və rahat nəqliyyat növü axtaracaq və "Volante Vision Concept" təyyarəsi onlardan biri olacaq.

Nizam Nuriyev





Baxış sayı: 124

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Fevral 2020

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza

27 02 2020

27/02/20
“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib

Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiy

27/02/20
Dünyada ən çox yüklənən proqram hansıdır?

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “S

27/02/20
“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb

“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan e

27/02/20
“Huawei P40 Lite” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal x

27/02/20
Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çini

27/02/20
“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

“MWC 2020” sərgisini buraxmalı olan “LG” şirkəti “LG V60 ThinQ 5G” adlı qabaqcıl smartfonunu Cənubi Ko

27/02/20
“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

27/02/20
“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin

27/02/20
“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finla