12px13px15px17px
Tarix:20/07/18

“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub

"Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. "iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub.
  
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab www.securitylab.ru" resursuna istinadən yazır ki, əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.
 
İkinci rübdə "qara siyahı"ya daha çox düşən mobil proqramlar reytinqində "Facebook Messenger" və "WhatsApp"ın "Android" və "iOS" versiyaları, eləcə də "Android" üçün "Wickr Me" və "iOS" üçün "Tinder" yer alıb.
 
Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb.
 
Nizam Nuriyev




Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 May 2024

10 05 2024