12px13px15px17px
Tarix:26/07/18

İşığın təsiri ilə hərəkət edən material yaradılıb

ABŞ-ın Tafts Universitetinin tədqiqatçıları işığın təsirinə məruz qalan zaman hərəkət edən maqnit elastomer kompozitlər hazırlayıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, biologiyada işığın hərəkətə gətirdiyi (bitkilər günəş işığı tərəfinə uzanırlar) çoxlu nümunələrə rast gəlmək mümkündür. Yeni tədqiqatda təsvir edilən işıq aktuator qurğuları Küri temperaturunun iş prinsipinə əsaslanır. Maqnit materialın qızması və soyuması zamanı onun maqnit xüsusiyyətlərini "qoşmaq" və "söndürmək" olar. Ferromaqnit hissəciklərə malik biopolimer və elastomerlər lazer və ya günəş işığının təsiri ilə qızaraq maqnit xüsusiyyətlərini onlar yenidən soyuyanadək müvəqqəti itirirlər. Plyonka, süngər və hidrogellər şəklində formalaşan materialın əsas hərəkətləri əyilmə, bağlama və genişlənmə şəklində görünə bilər.
 
Mütəxəssislərin sözlərinə görə, bu sadə hərəkətləri sürünmə, yerimə və ya üzmə kimi çətin hərəkətlərdə birləşdirmək mümkündür. Həmçinin bu hərəkətləri işıqdan istifadə edərək simsiz şəbəkə vasitəsilə işə salmaq və idarə etmək olar. Belə işıq materialları sadə və mürəkkəb hərəkətləri yerinə yetirən geniş spektrli qurğuların hazırlanmasını təmin edə bilərlər.
 
Nizam Nuriyev




Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2022

15 08 2022