12px13px15px17px
Tarix:27/07/18

Zukerberq artıq dünyanın ən zəngin insanlarının reytinqində ilk üçlüyə daxil deyil

"Bloomberg" agentliyinin versiyasına görə, "Facebook"un təsisçisi Mark Zukerberq dünyanın ən zəngin insanları reytinqində üç mövqe geriləyib. O, şirkətinə məxsus aksiyaların dəyərinin kəskin azalması fonunda 17 milyard dollar itirərək sözügedən reytinqdə 3-cü yerdən 6-cı yerə geriləyib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, bundan əvvəl iş adamının varidatı 86,5 milyard dollar məbləğində qiymətləndirilirdi, indi isə onun varidatı 70,6 milyard dollar təşkil edir.
 
O, dünyanın ən zəngin insanları reytininqdə amerikalı investor Uorren Baffett, Fransanın "Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti Arno Bernar və İspaniyanın "Inditex" firmasının sahibi Amansio Orteqadan geridə olub.
 
Emil Hüseynov




Baxış sayı: 405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024