12px13px15px17px
Tarix:31/07/18

“Əşyalar interneti” 5 il sonra dünyanı necə dəyişdirəcək?

Müasir texnologiyalar dünyanı dəyişdirməyə davam edir. Vaxtilə kompüter və internet, daha sonra smartfonlar həyatımıza böyük təsir göstərib. İndi isə pilotsuz uçan aparatlar, blokçeyn və "əşyalar interneti" gündəlik həyatımıza daxil olur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, "Business Insider" nəşrinin proqnozuna görə, 2023-cü ilədək istehlakçı, biznes və hökumət təşkilatları tərəfindən 40 milyard "ağıllı" qurğu istifadədə olacaq. Söhbət yalnız "ağıllı" kolonka və lampalardan getmir. "Ağıllı" qurğular bazarın hər bir seqmentinə qoşulmağa hazırdır və 5 il sonra bu reallaşacaq.
 
  • İstehlak bazarında "ağıllı" qurğuların evlərdə tətbiqi davam edəcək. Simsiz qoşulmanın köməyi ilə idarə olunacaq lampalar, kolonkalar və məişət cihazları sırasına geyim və ayaqqabı da əlavə olunacaq.
 
  • Təşkilatlarda "ağıllı" qurğular avtomatlaşdırma rolunu oynamağa davam edəcək. Ofis və istehsalda eyni cihazlardan istifadə ediləcək, amma onlar daha "ağıllı" və sərbəst olacaq.
 
  • 2023-cü ilədək hökumət təşkilatları "ağıllı" şəhərlərin inkişafını stimullaşdırmaqla məşğul olacaq. "Ağıllı" izləmə kameraları, şəhər işıqları və sayğaclar cinayətkarlıqla mübarizə aparacaq və kommunal xidmətlərin idarə edilməsini asanlaşdıracaq.
 
Emil Hüseynov




Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm