12px13px15px17px
Tarix:17/09/18

Ən güclü smartfon məlum olub

Mobil qurğuların məhsuldarlığını yoxlayan “AnTuTu” testinin yaradıcıları “iPhone XS” qurğusunu sınaqdan keçiriblər. “A12 Bionic” prosessoru ilə təchiz edilmiş sözügedən qurğu smartfonlar arasında rekord 363 min bal toplayıb. Bu haqda “GizmoChina” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni “iPhone” smartfonu “Snapdragon 845” çipseti ilə işləyən əksər qabaqcıl “Android” qurğularını geridə qoymağa müvəffəq olub. “Android” sisteminin idarəetməsi altında işləyən qurğuların göstəriciləri təxminən 290 min bal təşkil edib. “iPhone XS” aparatı 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış prosessor sayəsində mobil bazarda ən güclü smartfon adına layiq görülüb.
 
Emil Hüseynov





Baxış sayı: 500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024