12px13px15px17px
Tarix:23/10/18

“WhatsApp” istifadəçiləri sifət və barmaq izinə görə tanıyacaq

Populyar “WhatsApp” messencerinin komandası tezliklə sifət və barmaq izlərinə görə istifadəçilərin autentifikasiya edilməsi imkanını proqrama əlavə edəcək. Bu haqda “WABetaInfo” resursu məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, söhbət “WhatsApp” messencerinin “iOS” üçün versiyasından gedir. “iPhone” istifadəçiləri “Touch ID” və ya “Face ID” texnologiyası üzrə messencerə giriş edə biləcəklər.
 
“WhatsApp” messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib. “Face ID” texnologiyasını dəstəkləyən smartfonda “WhatsApp” proqramının sazlamasında “Touch ID” və ya “Face ID” üçün yeni seçim yaranır.
 
 
Emil Hüseynov





Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024