12px13px15px17px
Tarix:08/11/18

Dünyanın ən sürətli robot qapıçısı “Bakutel” sərgisinə gətirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.

“Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel -2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.
 “Bakutel 2018” iştirakçıları “Robokiper”-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, “Aloff” firması tərəfindən isə futbol topu təqdim ediləcək.

“Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokiper”-in qapısına qol vurmağa çalışacaq.





Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Noyabr 2018

13 11 2018

13/11/18
Superkompüterlərin yeni reytinqi dərc edilib

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib

13/11/18
Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

“Samsung” şirkətinin “Ponty” layihəsi yeni televizor sahiblərinə onların işini beyin vasitəsilə idarə etməyə imkan verəcək

13/11/18
Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kiberməkanda cinayətkarlığa

13/11/18
Otağın həddindən çox isinməsinin qarşısını alan nazik plyonka hazırlanıb

ABŞ-da kondisionerlər təxminən 6% elektrik enerjisi sərf edir

13/11/18
Alimlər: “Smartfonlar ekologiyaya böyük ziyan vurur”

Kanadanın Makmaster Universitetinin mütəxəssisləri smartfonların istehsalı zamanı əmələ gələn zərərli tullantılar

13/11/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində 

13/11/18
“Twitter” istifadəçilərə mesajları redaktə etməyə imkan verəcək

“Twitter” sosial şəbəkəsi istifadəçilərə dərc edilmiş mesajları redaktə etməyə imkan verəcək

13/11/18
“Intel” şirkəti “iPhone” modellərində quraşdırılacaq “5G” modemini təqdim edib

“Intel” şirkəti gələcək “iPhone” modellərində quraşdırılacaq beşinci nəsil mobil rabitə standartını (5G) dəstəkləyən “XM